RU

Rusiya Xarici İşlər Nazirliyi Qərblə dialoqun şərtlərini açıqlayıb

Rusiya özünü Qərb ölkələrinin düşməni hesab etmir və ona görə də dialoqa hazırdır....

Poliqon xəbər verir ki, bu  barədə RİA Novosti nəşrinə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Biz öz tərəfimizdən xarici siyasət konsepsiyamızın müddəalarını rəhbər tuturuq – biz özümüzü Qərbin düşməni hesab etmirik və dialoqa hazırıq”, deyə idarə rəisinin müavini bildirib.

Qruşko əlavə edib ki, əgər Qərb qarşıdurma siyasətindən əl çəksə, şərqə doğru genişlənməsini dayandırsa, həmçinin suveren bərabərlik və bir-birinin maraqlarına hörmət prinsipləri əsasında praqmatik qarşılıqlı fəaliyyətə hazır olduğunu nümayiş etdirərsə, Rusiya dialoqa razı olacaq.

Poliqon.info 

Избранный
11
poliqon.info

1Источники