RU

Poqba bu klubla razılaşdı

Fransalı futbolçu Pol Poqba "Monako" ilə razılıq əldə edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Fransa təmsilçisi 32 yaşlı oyunçu üçün 2 illik müqavilə hazırlayıb. Hazırda danışıqların son mərhələləri başa çatır. Yarımmüdafiəçinin yaxın zamanda sözləşməni imzalayacağı bildirilir. 

Xatırladaq ki, Poqba antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edilmişdi, amma cəza 18 aya endirildi. Fransız futbolçu rəsmi olaraq 2025-ci il martın 10-da diskvalifikasiya müddətini başa vurub.

Избранный
5
5
bakivaxti.az

9Источники