Biz İranla müharibə aparmırıq, onun nüvə proqramı ilə müharibə edirik.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens deyib.
“ABŞ zərbələr endirilən yerlərdə hərbi əməliyyatlar keçirməkdə maraqlı deyil. ABŞ İranla yaxşı münasibətlər qura bilər. Bu vəziyyətin uzanan münaqişəyə çevriləcəyindən narahat deyiləm”, - Vens bildirib.