Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə platforması X-də (keçmiş Twitter) İrana qarşı keçirilən son hərbi əməliyyatı şərh edib. O, bu əməliyyatı “möhtəşəm hərbi uğur” adlandırıb və bildirib ki, ABŞ İranın “əlindən bombanı aldı”.
“İran minlərlə amerikalını öldürüb və şikəst edib. Onlar Karter administrasiyası dövründə Tehrandakı ABŞ səfirliyini də ələ keçirmişdi. Dünən isə hərbi uğurumuzla onların əlindən bombanı aldıq – əgər bacarsalar, mütləq istifadə edəcəklərdi”, – deyə Tramp qeyd edib.
O, eyni zamanda İranla bağlı tədbirlərə qarşı çıxan respublikaçı senator Tomas Massiyə də sərt ittihamlar yönəldib. Tramp bildirib ki, Massie “zəif və təsirsizdir” və “hər şeyə yox deyən” siyasətçidir.
Trampın bu bəyanatı ABŞ-ın İrana zərbələr endirməsindən sonra daxildəki siyasi diskussiyaların daha da qızışdığını göstərir.
Musavat.com