RU

ABŞ-nin İrana gecə zərbəsi bizimlə razılaşdırılıb -İsraildən AÇIQLAMA

Ajans.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat verib. Bu barədə İsrail Ordusunun nümayəndəsi, briqada generalı Efi Defrin bildirib. Onun sözlərinə görə, İsrail Ordusunun baş qərargah rəisi, general-leytenant Eyal Zamir İranla müharibə başlayandan bəri amerikalı həmkarları ilə əlaqə saxlayır və koordinasiya son vaxtlar daha da yaxınlaşıb. "Bizim planımız, hədəflərimiz var və bu məqsədlərə nail olmaq üçün daim çalışırıq. Məqsədlərə çatana qədər fəaliyyətimizə davam edəcəyik", - Defrin mətbuat konfransında deyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkənin Hərbi Hava Qüvvələri İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə uğurla hücum edib. İran tərəfi zərbələri təsdiqləyib, eyni zamanda Tehranın nüvə sənayesini inkişaf etdirməyə davam edəcəyini vurğulayıb.

Избранный
14
50
Ajans.az

10Источники