RU

Azərbaycan və Əlcəzair rəsmiləri əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının Dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb.

Bu barədə Aznews.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-Əlcəzair ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə İsrail-İran qarşıdurması nəticəsində yaranmış vəziyyət müzakirə olunub.

Qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Əlcəzair əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin dövlətlərarası əlaqələrimizin inkişafına təkan verdiyinə dair həmfikirlik ifadə olunub.

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında cari ilin aprel ayında baş tutmuş siyasi məsləhətləşmələrin Azərbaycan-Əlcəzair əməkdaşlığının hərtərəfli və sistematik şəkildə irəliyə aparılmasında rolundan bəhs olunub.

Избранный
23
6
aznews.az

9Источники