ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Yunanıstanın “Aris” klubunun sabiq müdafiəçisi Georgios Delizisis keçmiş komandasının Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, “Metrosport.gr” portalına danışan yunan bunları deyib:
"Heyət hələ komplektləşdirilməyib. "Aris" mövsümün ilk matçına hazır olmalıdır. Onlar Avropa arenasında yeni komanda ilə qarşılaşmalı olacaq".
37 yaşlı veteran müdafiəçi 2017-2022-ci illərdə “Aris”in heyətində 103 matça çıxıb və 3 qol vurub.
Xatırladırıq ki, “Araz-Naxçıvan” – “Aris” matçları iyulun 24-ü və 31-də baş tutacaq.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.