RU

Belarus Tixanovskinin azad edilməsini humanitar addım kimi izah edir

Dogru.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib ki, Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın əri Sergey Tixanovskinin azadlığa buraxılması barədə qərar humanitar səbəblərə görə verilib.

“Tixanovskinin azadlığa buraxılması barədə qərar prezident tərəfindən yalnız humanitar səbəblərə görə – ailəni qovuşdurmaq məqsədi ilə verilib” dedi.

O, həmçinin qeyd edib ki , Belarus lideri Aleksandr Lukaşenko tərəfindən əfv edilənlər arasında əsasən əcnəbilər var.

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsinin müavini Con Koul bildirib ki, Belarus Donald Trampın tələbi ilə 14 məhbusu azad etmək qərarına gəlib . Onların arasında müxalifət lideri Sergey Tixanovski də var.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
dogru.az

1Источники