RU

“Qarabağ”dan ayrılan legioneri bura qaytardılar - Xəbərimiz təsdiqləndi, qazancı bilindi

Bu yay “Qarabağ”dan ayrılan Patrik Andradenin yeni klubu müəyyənləşib.
O, karyerasını “Araz-Naxçıvan”da davam etdirəcək
Naxçıvan təmsilçisi bu haqda açıqlama yayaraq, saytımızın günlər öncə verdiyi informasiyanı doğrulayıb.
Patrik Andrade ilə “1+1 il” şərti ilə müqavilə imzalanıb. Afrikalı Muxtar Respublika təmsilçisinin ən ödənişli futbolçularından biri olacaq. Ona aylıq 30 min dollar əməkhaqqı ödəniləcək.
Kabo-Verde millisinin də üzvü olan 32 yaşlı yarımmüdafiəçi ölkəmizdə daha çox “Qarabağ”dakı çıxışı ilə tanınıb. O, müxtəlif illərdə ölkəsinin “Sportinq da Praya”, “Desportivu da Praya”, “Benfika da Praya”, Portuqaliyanın “Ribeyran”, “Juane”, “Moreypense”, “Famalikan”, “Salqeyruş”, Bolqarıstanın “Çerno More”, Serbiyanın “Partizan” klublarında çıxış edib. O, ötən mövsümü “Qarabağ”ın heyətində keçirib.
2020-ci ildən Kabo-Verde millisində 20 oyun keçirib.
Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Çarles Boli, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

SPORTİNFO.AZ

Избранный
17
sportinfo.az

1Источники