RU

ABŞ İranın Fordo nüvə obyektinə 12 bomba, İran İsrailə 27 ədəd ballistik raket atıb

ABŞ İranda Fordo nüvə obyektinə 6 ədəd “B-2” bombardmançı təyyarə ilə 12 sığınacaq əleyhinə bomba ilə zərbə endirib.

Bu barədə CNN məlumat yayıb.

Natanz nüvə obyektinə isə 2 bomba atılıb.

Eyni zamanda sualtı qayıqlardan Natanz və İsfahandakı nüvə obyektinə 30 qanadlı TLAM raketi ilə zərbə endirilib.

XXX

İrandan İsrailə 27 ədəd ballistik raket atılıb.

Bu barədə İsrail Ordusu məlumat yayıb.

Raketlərin hədəfi Hayfa şəhəri və İsrailin mərkəzi rayonları olub.

Ölkə üzrə 10 yerə raket və qalıqlarının düşdüyü barədə xəbər daxil olub. 1 nəfə orta ağır olmaqla, 11 nəfər xəsarət alıb.

İsrail Quma zərbə endirib, 4 hərbçi ölüb

İsrail Hərbi Hava Qüvvələri Quma zərbə endirib, 4 hərbçi ölüb.

Bunu İranın Qum vilayətinin böhran idarəsi idarəsi bildirib.

Qeyd edilib ki, İsrailin Qumdakı Xomeyni bazasına endirdiyi zərbə nəticəsində 4 hərbçi həlak olub.

Избранный
52
10
marja.az

10Источники