RU

ABŞ İranı hansı bombalarla və necə vurub?

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında ABŞ İranın 3 nüvə obyektinə zərbələr endirib.

Turkustan.az xəbər verir ki, zərbələrin nəticələri hələlik bilinməsə də, ABŞ-ın hücumunun detalları haqda məlumat yayılmaqdadır.

Siyasi təhlilçilər məlumatları bu cür paylaşıblar:

- 6 ədəd B-2 bombardmançısı yerin dərinliyində yerləşən Fordo nüvə obyektinə onlarla 30 000 funtluq bomba atıb;

- ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqları isə Natanz və İsfahan obyektlərinə 30 ədəd TLAM qanadlı raketi buraxıb;

- 1 ədəd B-2 bombardmançısı Natanz obyektinə 2 GBU-57 bombası atıb.

- ABŞ bu gün döyüş şəraitində 30 000 funtluq "GBU-57 Massive Ordnance Penetrator" adlı bunkerə qarşı bombanı tarixdə ilk dəfə istifafə edib./axar.az/

Избранный
33
50
turkustan.az

10Источники