Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasında ümumi sahəsi 30 m² olan 1 otaqlı mənzilin mətbəxinin tavanı 10 m² sahədə və 1 ədəd kondisioner yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.