İran öz milli maraqlarını qorumaq üçün ABŞ-ın hərbi təcavüzünə bütün vasitələrlə müqavimət göstərmək hüququnu özündə saxlayır.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"ABŞ-ın İranın dinc nüvə obyektlərinə qarşı amansız hərbi təcavüzünü qəti şəkildə pisləyir. İslam Respublikası buna bütün gücü ilə müqavimət göstərmək, həmçinin öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək hüququnu özündə saxlayır", - məlumatda bildirilir.
Həmçinin bu hücumun nüvə silahlarının yayılmaması rejiminə dəhşətli zərbə olduğu vurğulanır.
Qeyd edək ki, iyunun 22-də ABŞ Fordo, Natanz və İsfahan daxil olmaqla, İranın üç əsas nüvə infrastrukturu obyektinə zərbələr endirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта