Musavat.com xəbər verir ki, bu barədə "ABC News" mənbələrə istinadən məlumat yayıb.
CNN isə xəbər verir ki, ABŞ-ın 6 ədəd "B-2" bombardmançı təyyarəsi İranın Fordo nüvə obyektinə 12 ədəd "GBU-57" bunker partladıcı bombası atıb.
Dəniz donanmasının sualtı gəmiləri Natanz və İsfahana 30 ədəd "Tomahawk" raketləri buraxıb, əlavə olaraq bir "B-2" təyyarəsi Natanzda 2 bomba atıb.
"The New York Times" qəzeti yazır ki, bu "B-2" təyyarələri Missuridəki bazalarından fasiləsiz 37 saat uçuş edib. Məlumatda bildirilir ki, hər biri 13,600 kq çəkidə olan "GBU-57" bombaları dərin yeraltı bunkerləri dağıtmaq üçün nəzərdə tutulub və "B-2" bombardmançılarının maksimum yükdaşıma qabiliyyəti 18,144 kq təşkil edir.
İsrail isə ABŞ-ın hücumundan sonra hava məkanını bağlayıb və İrana hücumlarına davam edəcəyini bildirib.