RU

Mahir Emrelinin yeni klubu bəlli oldu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyanın "Kayzerslautern" klubunda davam etdirəcək. Metbuat.az xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Florian Plettenberq X hesabında paylaşım edib.Onun sözlərinə görə, 28 yaşlı hücumçunun transferi, demək olar ki, tamamlanıb. Təcrübəli forvard yaxın günlərdə tibbi müayinədən keçəcək. Daha sonra isə 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"də keçirib.

Избранный
25
14
metbuat.az

10Источники