RU

CNN: Tramp İrana yeni zərbələr planlaşdırmır

BAKI, 22 iyun. TELEQRAF

Amerika Prezidenti Donald Tramp hələlik İran ərazisinə yeni zərbələr endirməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN telekanalı məlumat yayıb .

Bildirilir ki, Tramp Vaşinqtonun İranın üç nüvə obyektinə zərbə endirdikdən sonra Tehranın danışıqlar masasına qayıtmağa və “bu müharibəyə son qoymağa” razılaşacağını gözləyir.

Eyni zamanda, Amerikanın bölgədəki ordusu İranın cavab zərbəsi endirməsinə hazırdır.

Избранный
18
4
teleqraf.com

8Источники