RU

”Qarabağ”la 3+1 illik müqavilə imzaladı, niyə gəldiyini AÇIQLADI

“Qarabağ”ın yeni transferi Pedro Bikalyo klubun saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 3+1 illik müqavilə imzala yan braziliyalı yarımmüdafiəçi hədəflərini söyləyib:

“Mənim üçün yeni klub yeni çağırışdır. Komandaya tez uyğunlaşmağa və bir parçasına çevrilməyə çalısacam.

Çempionlar Liqası həyəcanı yaşayacağım “Qarabağ”ın hədəflərinə çatmasında pay sahibi olmaq istəyirəm. Burada daha da inkişaf etmək imkanından yararlanacam.

Böyük hədəfləri olan komandaya qoşulmuşam. Komandamızın yeni mövsümdə də hədəfləri eynidir.

Məqsədimiz əvvəlki illərdə olduğu kimi, avrokuboklarda uğurlu nəticələr qazanmaq və ölkəni layiqincə təmsil etməkdir. Daxili yarışlarda da liderliyimizi qorumaq üçün çalışacağıq.

Azərbaycanda futbolun inkişaf etdiyini bilirəm. Həm Avropada, həm də Premyer Liqa və kubokda güclü rəqiblərimiz olacaq.

Azarkeşlərimizi növbəti titullarla sevindirmək üçün mübarizə aparacağıq”.

Избранный
16
sportinfo.az

1Источники