RU

İsrail Bəndər-Abbasda yerləşən İranın hərbi-dəniz bazasını VURDU

İsrail Bəndər-Abbasda yerləşən İranın hərbi-dəniz bazasında hərbi gəmiyə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə İranın müxalifət mediası məlumat yayıb və hadisənin görüntülərini dərc edib.

Məlumatlara görə, hücum İranın strateji cənub sahillərində – Hörmüz boğazına yaxın ərazidə yerləşən Bəndər-Abbas liman şəhərindəki hərbi-dəniz bazasında qeydə alınıb. Hədəf İran Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi olub. Hadisənin təfərrüatları və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hücumun İsrailin İranın hərbi infrastrukturlarına qarşı davam edən əməliyyatlarının tərkib hissəsi olduğu bildirilir.

Musavat.com

Избранный
81
18
musavat.com

10Источники