Musavat.com xəbər verir ki, İsrail Ordusu Tehranın 7-ci bölgəsində yaşayan sakinlərə təhlükəsizlik məqsədilə ərazini tərk etməyi tövsiyə edib.
Rəsmi xəbərdarlıqda qeyd olunub ki, yaxın saatlarda həmin ərazidə hərbi hədəflərə qarşı xüsusi əməliyyatların həyata keçirilməsi gözlənilir.
Bildirilir ki, xəritədə xüsusi işarələnmiş zonada qalmaq həyat üçün ciddi risk yaradır.
Müraciətdə deyilir:
"Müdafiə qüvvələrinin son günlər ərzində İranın müxtəlif bölgələrində apardığı hədəfli zərbələr 7-ci bölgəyə də yayılacaq. Sakinlərdən şəxsi təhlükəsizliklərini təmin etmək üçün dərhal həmin ərazidən uzaqlaşmaları xahiş olunur".
Bölgədə panika artmaqda davam edir, lakin İran tərəfi bu çağırışla bağlı hələlik mövqe bildirməyib.
Musavat.com