RU

"Qalib gəlməyə layiq idim" -Rusiyalı MMA döyüşçüsü

Rusiyalı MMA döyüşçüsü Taqir Ulanbekov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində qələbə qazanması ilə bağlı fikirlərini bölüşüb.

Redaktor.az-ın məlumatına görə, o, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Dağıstanlı döyüşçü bütün görüş vaxtı irəli atıldığını vurğulayıb:

"Ayaqüstə döyüşə bildiyimi sübut etdim. Bu gün hər şey mənim tərəfimdə idi və qalib gəlməyə layiq idim".

Qeyd edək ki, Taqir Ulanbekov Maksum Azatı (Qazaxıstan) məğlub edib.

Избранный
26
4
redaktor.az

9Источники