RU

Hər Aİ-yə verilən sual havanı çirkləndirir - ALİMLƏR

Almaniyada yerləşən Hochschule München Tətbiqi Elmlər Universitetinin alimləri maraqlı və düşündürücü bir araşdırma ilə çıxış ediblər. 

Valyuta.az xəbər verir ki, onların araşdırmasına görə, süni intellektə verilən hər bir sual, xüsusilə də kompleks və analiz tələb edənlər, ətraf mühitə ciddi ziyan vurur.

Detallı suallar daha çox karbon emissiyası yaradır

“Independent”in yaydığı məlumatda qeyd olunur ki, ChatGPT kimi süni intellekt əsaslı çatbotlar sadə suallara nisbətən daha çətin və felsefi sualları cavablayarkən 6 qat daha çox karbon emissiyası yaradır. Bunun səbəbi isə belə cavabların daha çox hesablama gücü tələb etməsi və bunun üçün daha çox enerji sərf olunmasıdır.

Araşdırmada 14 fərqli süni intellekt modeli test edilib. Məlum olub ki, ən doğru cavabları verən modellər – məsələn, “Cogito” adlı model – digərlərinə nisbətən 3 dəfə çox karbon izi buraxır. Ümumilikdə bu modellərin sadə cavab verənlərə görə 50 qat artıq enerji sərf etdiyi bildirilir.

600 min sual = bir London–Nyu-York uçuşu

Alimlər bildirirlər ki, təkcə bir süni intellekt modelinin 600 min suala cavab verməsi, London–Nyu-York arası bir təyyarə uçuşunun yaratdığı karbon izinə bərabərdir. Bu səbəbdən istifadəçilərə tövsiyə olunur ki, süni intellektə daha qısa və konkret suallar versinlər, güclü modellərdən isə yalnız ehtiyac olduqda istifadə etsinlər.

Süni intellekt texnologiyaların imkanlarını artırsa da, onların ətraf mühitə təsiri də paralel olaraq artmaqdadır. Bu səbəbdən həm fərdi istifadəçilər, həm də texnologiya şirkətləri süni intellektin ekoloji yükünü nəzərə alaraq daha məsuliyyətli yanaşma sərgiləməlidir.

Sərvanə Rəmixanova

Избранный
22
2
valyuta.az

3Источники