RU

Həftənin MƏĞLUBİYYƏTİ - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb. O, ilk görüşdə məğlub olub. Belə ki, cüdoçumuz Portuqaliya uğrunda mübarizə aparan Otari Kvantidzeyə uduzub.

 

Həftənin QADAĞASI

Kanada hökuməti Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Şkrebnevanı sanksiyalar siyahısına əlavə edib.  Bu barədə Kanada hökumətinin saytında dərc olunan sənədlərdə deyilir. Qeyd edək ki, o, 1983–2013-cü illərdə Vladimir Putinlə evli olub. Onun hazırkı əri Artur Oçeretnı da sanksiya siyahısına daxil edilib.

 

Həftənin İMTİNASI

Almaniya xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri seçildikdən sonra deputat mandatından imtina edib. Bu barədə Almaniyanın “Spiegel” qəzeti məlumat yayıb. “Keçmiş xarici işlər naziri parlamentdəki kreslosundan imtina etdiyini rəsmən bəyan edib. Belə ki, hesabata görə, Yaşıllar Partiyasından olan siyasətçi iyunun 30-dan sonra Almaniya Bundestaqını tərk edəcək”, - məlumatda bildirilir.

 

Həftənin ÖLÜMÜ

Hindistanlı məşhur biznesmen, beynəlxalq “Sona Comstar” şirkətinin rəhbəri Sancay Kapur bədbəxt hadisə nəticəsində vəfat edib. Hadisə iş adamı Böyük Britaniyada polo oynayarkən baş verib. Belə ki, oyun zamanı 53 yaşlı milyarder təsadüfən arı udub və bundan sonra huşunu itirərək yerə yıxılıb. İlkin ehtimallara görə, arı Kapurun ağız nahiyəsindən sancıb və bu da anafilaktik şoka səbəb olub. Nəticədə isə iş adamı həyatını itirib. 

 

Həftənin HƏBSİ

Rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan İrəvanda saxlanılıb. Xəbərə görə, deputat Artur Hovhannisyan Ermənistan Milli Assambleyasında bildirib: “Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq”. Bu ifadədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Karapetyanın evinə daxil olaraq onu saxlayıblar.

 

Избранный
25
hafta.az

1Источники