RU

"Husilər" ABŞ HƏDƏLƏDİ

Yəmənin "Ənsar Allah" ("Husi") hərəkatı ABŞ-ın İran və İsrail arasında davam edən münaqişəyə girəcəyi təqdirdə Qırmızı dənizdəki Amerika gəmilərinə və gəmiçiliyinə hücum edəcəklərini bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə TASS qiyamçıların nümayəndəsinə istinadla məlumat yayıb .

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana nüvə proqramı ilə bağlı saziş bağlamaq üçün iki həftədən artıq vaxt verməyə hazır olduğunu bildirib. Eyni zamanda o, İran və İsrail arasında münaqişənin əleyhinə olduğunu vurğulayıb.

Избранный
26
6
publika.az

10Источники