RU

Sümük möhkəmliyini artırmağın sadə yolu tapıldı

Fiziki fəaliyyət zamanı orqanizmdə ifraz olunan CLCF1 adlı zülal sümüklərin və əzələlərin möhkəmlənməsinə təsir edir. Bu nəticə Cənubi Koreya alimləri tərəfindən aparılmış tədqiqatla əldə olunub.

HİT.az bu barədə "Nature Communications" (NatCom) jurnalında dərc olunan elmi araşdırmaya istinadən xəbər verir.

Araşdırma Koreya Bioloji Elmlər və Biotexnologiya İnstitutu ilə Çxonnam Milli Universitetinin əməkdaşları tərəfindən həyata keçirilib. Onların müəyyən etdiyinə görə, CLCF1 (sitokin faktoru) adlı zülal əzələlər tərəfindən fiziki fəaliyyət zamanı ifraz olunur və əzələlərlə sümüklərin güclənməsində mühüm rol oynayır.

Alimlər bildiriblər ki, gənc iştirakçılarda cəmi bir məşqdən sonra bu zülalın səviyyəsi qanda nəzərəçarpacaq dərəcədə yüksəlir. Yaşlı insanlarda isə bu təsir yalnız 12 həftəlik müntəzəm məşqlərdən sonra müşahidə olunur.

Siçanlar üzərində aparılan təcrübələr də bu nəticələri təsdiqləyib: yaşlı siçanlara CLCF1 yeridildikdə onların əzələ gücü və sümük sıxlığı artıb, zülalın fəaliyyəti bloklandıqda isə fiziki məşqlər təsirsiz olub.

Tədqiqatın rəhbəri doktor Yen Rül Yan qeyd edib ki, bu zülal əzələ hüceyrələrində mitoxondrilərin fəaliyyətini gücləndirir, sümük toxumasının dağılmasını ləngidir və yeni toxumaların böyüməsini stimullaşdırır. Bu da izah edir ki, niyə yaşlandıqca fiziki fəaliyyətin təsiri azalır. Həmçinin bu kəşf yaşla bağlı xəstəliklərin, məsələn, osteoporoz və sarkopeniyanın müalicəsi üçün yeni yanaşmaların inkişafı üçün imkanlar açır.

Samir

Избранный
18
hit.az

1Источники