RU

NYT: Xamenei öldürüləcəyi təqdirdə üç mümkün xələfinin adını çəkdi

Xamenei öldürüləcəyi təqdirdə üç mümkün xələfinin adını çəkib.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” mənbələri məlumat yayıb.

“İsrail və ya ABŞ ona sui-qəsd etməyə cəhd edə bilər və o, bunu şəhidlik hesab edərdi.

Bu ehtimalı nəzərə alaraq, Xamenei qeyri-adi qərar verdi ki, İranda ölkənin Ali Rəhbərini seçən xüsusi hökumət orqanı olan Ekspertlər Şurasına onun təqdim etdiyi üç addan tez bir zamanda varis seçmək tapşırığı verdi”, – mənbələr deyib.

Normalda yeni Ali Rəhbərin təyin edilməsi prosesi aylar çəkə bilər, din xadimləri öz ad siyahılarından seçim edirlər.

Bununla belə, ölkə hazırda müharibə vəziyyətində olduğundan Xamenei sürətli, nizamlı keçidi təmin etmək və irsini qorumaq istəyir, rəsmilər deyir.

Nəşr onu da qeyd edir ki, Xamenei indi daha çox öz komandirləri ilə etibarlı köməkçisi vasitəsilə əlaqə saxlayır və onu tapmaq çətinləşdirmək üçün elektron əlaqəni dayandırıb.

İranın Ali Rəhbəri çox böyük səlahiyyətlərə malikdir: o, İran Silahlı Qüvvələrinin baş komandanı, eləcə də məhkəmə, qanunverici və icra hakimiyyəti orqanlarının rəhbəridir.

O, həm də vəli-fəqihdir, yəni şiə əqidəsinin ali keşikçisidir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
8
5
interpress.az

10Источники