AZ

Xamenei sui-qəsd halında özünə 3 varis seçib

İranın ali dini lideri Ayətullah Əli Xamenei sui-qəsd cəhdi halında vəzifəsinin başına keçmək üçün üç namizəd seçib. Bu barədə New York Times Tehrandakı mənbələrinə istinadən  yazır. 

Məqalə müəllifləri iddia edirlər ki, Xamneyi ali rəhbər vəzifəsinə namizəd kimi üç yüksək səviyyəli ruhani seçib.

Məqalədə deyilir ki, “Ölkə hazırda müharibə vəziyyətindədir, ayətullah sürətli, nizamlı keçidi təmin etmək və öz mirasını qorumaq istəyir”.

 Xamneyi hazırda yeraltı bunkerində gizlənib və komandirləri ilə daha çox etibarlı adam vasitəsilə əlaqə saxlayır.

İran ilə İsrail arasında müharibə iyunun 13-də başlayıb. Hazırda iki ölkə arasında gərginlik davam edir. 

Gülnar 

Seçilən
9
9
anews.az

10Mənbələr