RU

Qazaxıstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 4 dəfəyə yaxın artırıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Qazaxıstanın Azərbaycan iqtisadiyyatınacəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 5,871 milyonABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 4,365 milyon ABŞ dolları və ya 3,9 dəfə artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində İQazaxıstandan yatırılan investisiyaların payı 0,4% təşkiledib.

Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Qazaxıstaniqtisadiyyatına 2,779 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 145 min ABŞdolları və ya 5% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstanahəyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,9%təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Qazaxıstandan Azərbaycana birbaşaxarici investisiyaların həcmi 1,506 milyon ABŞ dolları,Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə2,924 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.

Избранный
7
4
az.trend.az

6Источники