RU

Daha bir ölkənin vətəndaşları İrandan Azərbaycana gəldilər - VİDEO

740-dan çox Çin vətəndaşı Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təxliyə prosesində Çinin Azərbaycandakı səfirliyi və xaricdə yaşayan çinlilərin assosiasiyası fəal iştirak edib.

Səfirlikdən verilən açıqlamaya əsasən, vətəndaşların vətənə təhlükəsiz qayıdışı üçün rəsmi səylər artıq başlayıb. Təxliyə olunan şəxslərin bir hissəsi Bakıdakı hotellərə yerləşdirilib, digərlərinə isə birbaşa Çinə qayıdış uçuş biletləri alınıb.

Eyni zamanda Çin səfirliyi əlavə edib ki, İran ərazisindən sərhədə gələn Çin vətəndaşlarının sayı artır və onların da təxliyyəsi üçün zəruri humanitar və logistik dəstək tədbirləri davam etdiriləcək.


Избранный
18
50
manset.az

10Источники