AZ

Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib

Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana Astara sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyə edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə CGTN məlumat yayıb.

Nəşr Çinin Azərbaycandakı səfirliyinə istinadən qeyd edir ki, təxliyə edilmiş vətəndaşlara vətənlərinə qayıtmaları üçün yardım göstərilir.

Bildirilib ki, bütün vətəndaşlar Bakıdakı müxtəlif hotellərdə yerləşdirilib. Nəşr vurğulayıb ki, səfirlik onların Çinə geriyə uçuş biletləri bron edib.

Həmçinin qeyd olunub ki, Çin vətəndaşlarının Azərbaycana təxliyəsi davam edir.

Seçilən
13
50
far.az

10Mənbələr