RU

Deputat: Türkiyə-Azərbaycan münasibətləri bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir

“2023 cü ildə Qardaş Türkiyədə baş vermiş iki güclü zəlzələ nəticəsində Kahramanmaraş və ətraf ərazilər təbii fəlakətin ağır fəsadları ilə üz-üzə qalmışdı. Mərkəzi Kahramanmaraş olmaqla 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib, yüz minlərlə insan yaralandı”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.

O əlavə edib ki, bu təbii fəlakət hamımızı kədərləndirsə də bir həqiqəti ortaya qoydu ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir:

“Biz qardaş xalq olaraq bu çətin günlərdə hər zaman qardaşlıq borcumuzu yerinə yetirib Türkiyənin yanında olduq. Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır. Hər iki ölkəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Azərbaycan xalqı və dövləti  qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının tezliklə aradan qaldırılmasını üçün hərəkətə keçdi. Prezident İlham Əliyev  Naxçıvan şəhərində  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanunu imzalamışdı. Ölkə başçısı Türkiyədə məhz Kahramanmaraşdakı Azərbaycan məhəlləsinin açılış mərasimindı iştirak etdi. Bu dostluğun qardaşlağın ən gözəl nümunəsidir”.

Leyla Turan 
Demokrat.az
Избранный
11
1
demokrat.az

2Источники