RU

Labubu nədir və niyə bu qədər bahadır?

Son dövrlərdə sosial şəbəkələrdə sürətlə yayılan “Labubu” adlı oyuncaq dünya miqyasında əsl fenomenə çevrilib. Bahalı qiyməti və qeyri-adi görünüşü ilə seçilən bu oyuncaqlar artıq Azərbaycanda da həvəskarlarının maraq dairəsinə düşüb.

Nədir bu “Labubu”?

Operativ Media xəbər verir ki, “Labubu” Honq Konqlu rəssam Kasing Lung tərəfindən yaradılmış və Pop Mart adlı Çin şirkəti tərəfindən satışa çıxarılmış oyuncaqdır. “The Monsters” adlı kolleksiya seriyasının əsas fiquru olan bu yumşaq oyuncaqlar qeyri-adi görüntüsü və emosional ifadəsi ilə diqqət çəkir. Oyuncağın həm vinil, həm də yumşaq versiyaları mövcuddur.

Bahalığın səbəbi nədir?

Labubu-nun qiymətləri sadə variantlar üçün 30–50 dollar arasında dəyişsə də, məhdud sayda istehsal olunan nadir modellər 1000 dollardan yuxarı qiymətlərlə satılır. Hətta 4 metrlik xüsusi nüsxənin 150 min dollara qədər alıcı tapdığı bildirilir. Oyuncağın qiymətinə əsas təsir edən amillər arasında “blind box” sistemi (qutudan hansı modelin çıxacağının əvvəlcədən bilinməməsi), məhdud sayda buraxılışlar və məşhurların (Rihanna, Lisa – BLACKPINK) oyuncağı paylaşması göstərilir.

Hazırda Pop Mart rəsmi olaraq Azərbaycanda fəaliyyət göstərmir. Buna baxmayaraq həvəskarla Labubu fiqurlarını beynəlxalq satış platformaları vasitəsilə əldə edirlər. 

Избранный
73
7
operativmedia.az

7Источники