RU

Azərbaycanlı şagird Dubayda dünya birincisi oldu

Bakı şəhəri 55 saylı orta məktəbin 4a sinif şagirdi Yusif Elbəyiyev böyük uğura imza atıb.

Yenisabah.az xəbər verir ki, gənc istedad Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan FİSO Global Olimpiadasında “İQ/riyazi-məntiq” kateqoriyası üzrə iştirak edərək dünya üzrə ibtidai siniflər arasında 1-ci yerin sahibi olub. O, bu qələbəyə görə “Almaz” medalı ilə təltif edilib.

Yusif Elbəyiyev təkcə bu olimpiadada deyil, həm də Azərbaycanda keçirilən müxtəlif beynəlxalq səviyyəli Riyaziyyat, Məntiq və İngilis dili yarışlarında da iştirak edərək qızıl, gümüş və bürünc medallar qazanıb.

İbtidai sinif şagirdi olmasına baxmayaraq, Yusifin artıq böyük məqsədi var – gələcəkdə həkim olmaq istəyir.

Bu uğuru ilə o, həm ailəsinin, həm də məktəbinin və ölkəsinin fəxrinə çevrilib.


Telegram kanalımız
Избранный
10
yenisabah.az

1Источники