RU

Paşinyan: Türkiyə ilə sıfırdan başlayırıq

BAKI, 21 iyun. TELEQRAF

“Türkiyə ilə əlaqələrə sıfırdan başlamışıq, bu, yeni əlaqələr qurmaq üçün bir fürsətdir və ölkələrimizin maraqlarına uyğundur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 20-də İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl Türkiyədəki erməni icması ilə görüşündə deyib.

Onun sözlərinə görə, hazırkı müzakirələr 2022-ci ildə Ərdoğanla Praqada keçirilən ilk görüşlə başlayıb, bundan sonra Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələrin dialoqu start götürüb, ardınca xarici işlər nazirləri arasında aktiv təmaslar başlayıb.

“Keçən il Nyu-Yorkda Türkiyə Prezidenti ilə görüşdüm. Bu müddət ərzində bir neçə telefon danışığımız oldu. Bu, çox mühüm mərhələdir” .

Ermənistanla Türkiyə arasında münasibətlərdə nə dəyişib??

Çox vacib məsələdir, çünki bir neçə il bundan əvvəl Türkiyənin bu və ya digər məsələdə mövqeyini aydınlaşdırmaq lazım idisə və ya Türkiyə bu və ya digər məsələdə Ermənistanın mövqeyini aydınlaşdırmaq istəyirdisə, hər iki tərəf üçüncü dövlətlər vasitəsilə bunu etməyə cəhd etməli idi .​​​​​

Mən Türkiyə ilə kifayət qədər uzun müddətdir birbaşa təmaslarımızın olmasını vacib hesab edirəm və bu, bizim müəyyən gündəmlər formalaşdırmağa, müzakirələr aparmağa çalışmağımız üçün zəruri və vacib şərtdir. Mən təkcə ikitərəfli səviyyədə keçirilən görüşləri nəzərdə tutmuram.​​​ Əvvəlki dövrdən fərqli olaraq Türkiyə ilə əlaqələrimiz indi çox intensivdir.​

Müzakirələrimiz gələcək hadisələrin inkişafına müəyyən təsir göstərəcək və Ermənistan-Türkiyə münasibətlərinə yeni təkan verəcək. Bu münasibətləri Ermənistan və Türkiyə arasında dövlətlərarası münasibətlər kimi formalaşdırmağa borcluyuq”.

Избранный
35
teleqraf.com

1Источники