Artıq 9 gündür davam edən İsrail-İran müharibəsində qarşılıqlı hücumlar daha da şiddətlənib. Bu gecə baş verən hadisələr regionda gərginliyin pik həddə çatdığını göstərir.
Publika.az xəbər verir ki, İran mediasının məlumatına görə, İsrail ordusu bu gecə İranın İsfahan şəhərində yerləşən nüvə obyektini hədəfə alıb.
Hadisə yerində hər hansı bir radiasiya sızması qeydə alınmayıb. Lakin bu hücum regionda nüvə təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb.
İsrail ordusunun rəsmi açıqlamasına əsasən, İranın qərb və mərkəzi bölgələrində yerləşən raket anbarları və buraxılış rampalarına qarşı yeni hava hücumları həyata keçirilib. Bildirilib ki, bu obyektlər İran tərəfindən İsrailə qarşı mümkün hücumlar üçün istifadə edilə bilərdi.
İsrail hərbi mənbələrinin yaydığı məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) PUA (pilotsuz uçuş aparatları) üzrə ikinci komandanı Aminpur Joudaki öldürülüb.