Olaylar.az xəbər verir ki, bu barədə o, Sky News Arabia telekanalına verdiyi müsahibədə danışıb.
Putinin sözlərinə görə, Ukraynadakı münaqişənin həlli zamanı rus dili və Rusiya meyilli əhali üçün hüquqların təmin olunması vacibdir.
"Kiyev milli maraqları əsas götürməli, Rusiyaya qarşı fəaliyyət göstərən kukla rejimlərin maraqlarına xidmət etməməlidir," - deyə Rusiya lideri qeyd edib.
O həmçinin vurğulayıb ki, Ukrayna rəhbərliyindəki "nasist elementlər" aradan qaldırılmalıdır. Bu barədə TASS agentliyi məlumat yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31