RU

Hidayət Heydərova vəzifə verildi

Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (İJF) Atletlər Komissiyasına üzv seçilib.

KONKRET.az xəbər verir ki, bu, Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı zamanı təşkil olunan seçkilər nəticəsində mümkün olub.

İdmançılar öz nümayəndələrini seçdikdən sonra IJF İcraiyyə Komitəsi də əlavə üzvləri təyin edib. Yeni komissiya 2025-2029-cu illərdə fəaliyyət göstərəcək.

Hidayət Heydərov Olimpiya, dünya və dördqat Avropa çempionu olaraq IJF İcraiyyə Komitəsinin qərarı ilə bu mühüm vəzifəyə gətirilib ki, bu da Azərbaycan idmanı üçün böyük qürurdur.

Избранный
10
12
konkret.az

10Источники