10:18 21.06.2025
10:18 21.06.2025
Bakıda avtomobil piyadanı vurub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Turan Abdullayev idarə etdiyi "Changan" markalı avtomobillə hərəkətdə olarkən piyada 1981-ci il təvəllüdlü Namiq Süleymanovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.