Bakıda avtomobil piyadanı vurub.
7News.Az APA-ya istinadən xəbər verir ki, Turan Abdullayev idarə etdiyi "Changan" markalı avtomobillə hərəkətdə olarkən piyada 1981-ci il təvəllüdlü Namiq Süleymanovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.