RU

İsrail İranın dron hücumlarına cavabdeh olan briqada komandanını zərərsizləşdirib - IDF

Bakı. Trend:

İsrail hərbi hava qüvvələri İranın İnqilab KeşikçiləriKorpusunun 2-ci PUA briqadasının komandanı Aminpur Cudakinizərərsizləşdirib.

Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi “Telegram”kanalında məlumat yayılıb.

Məlumata görə, Cudaki iyunun 13-də sələfi Taher Purazərərsizləşdirilməsindən sonra bu vəzifəyə təyin olunmuşdu.

İsrail tərəfi iddia edir ki, yeni komandan İranın cənub-qərbindəyerləşən Əhvaz rayonunda İsrail ərazisinə yüzlərlə dron hücumunukurasiya edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Избранный
157
8
az.trend.az

9Источники