AZ

İsrail İranın cənub-qərbindəki hərbi obyektləri vurur

Bakı. Trend:

İsrail hərbi hava qüvvələrinin qırıcıları İranın cənub-qərbindəyerləşən hərbi obyektlərə hədəflənmiş yeni aviahücum dalğasınabaşlayıb.

Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Avireydlərin təfərrüatı və vurulan hədəflər barədə hələlikməlumat yoxdur.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
78
2
az.trend.az

9Mənbələr