RU

Pakistan Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

Pakistan hökuməti ABŞ prezidenti Donald Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib. Bu barədə Pakistan hökumətinin X sosial şəbəkəsində (keçmiş Twitter) səhifəsində məlumat verilib.

Məlumatda qeyd edilir ki, bu qərar son Hind-Pakistan münaqişəsi zamanı Trampın diplomatik müdaxiləsi və “fundamental rəhbərliyi”nin tanınması üçün qəbul edilib. Pakistan hökuməti əlavə edib ki, Ağ Evin rəhbəri “böyük strateji uzaqgörənlik və görkəmli dövlət xadimi nümayiş etdirib” və bu, Yeni Dehli ilə İslamabad arasında gərginliyin azalmasına gətirib çıxarıb. Fevral ayında Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə Nobel Sülh Mükafatına layiq olduğunu demişdi.

“Mən buna- Nobel Sülh Mükafatına layiqəm, amma bunu mənə heç vaxt verməyəcəklər”-Tramp deyib.

Yanvarda Belarus prezidenti Aleksandr Lukaşenko münaqişələri həll edə biləcəyini sübut edə bilsə, Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləməyə hazır olduğunu bildirmişdi. O, əlavə edib ki, Tramp təkcə “amerikalıları xoşbəxt etmək”dən daha çox şey haqqında düşünməlidir.

Bundan əvvəl ABŞ Trampın Nobel Sülh Mükafatı naminə Kiyevi dəstəkləməkdən imtina edə biləcəyini bildirmişdi.

Əziz Mustafa, Oxuməni.az

Избранный
20
3
oxumeni.az

4Источники