ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Pakistan hökuməti ABŞ Prezidenti Donald Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pakistan hökumətinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Məlumata görə, bu qərar Trampın son Hindistan-Pakistan münaqişəsi zamanı vasitəçiliyinə və “fundamental liderliyi”nə görə qəbul edilib.
Pakistan hökuməti əlavə edib ki, Ağ Ev rəhbəri “böyük strateji uzaqgörənlik və müdriklik nümayiş etdirib” və bu, Yeni Dehli və İslamabad arasında gərginliyin azalmasına gətirib çıxarıb.
Qeyd edək ki, bu ilin fevral ayında Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Nobel Sülh Mükafatına layiq olduğunu demişdi.
“Mən buna (Nobel Sülh Mükafatı – red.) layiqəm, amma bunu mənə heç vaxt verməyəcəklər”, - Tramp bildirmişdi.
Digər tərəfdən, bu ilin yanvar ayında Belarus Prezidenti Aleksandr Lukaşenko münaqişələri həll edə biləcəyini sübut edə biləcəyi təqdirdə, Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləməyə hazır olduğunu bildirmişdi.
O, Trampın “amerikalıları xoşbəxt etmək”dən daha çox şey haqqında düşünməli olduğunu qeyd etmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.