RU

Elçin Məsiyev AÇ-nin 1/4 finalında

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsinin Almaniya – İtaliya oyununun ehtiyat hakimi olacaq. Qarşılaşmanı litvalı Manfredas Lukjançukas idarə edəcək.

İyunun 22-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi olub.

Избранный
17
9
futbolpress.az

10Источники