RU

Narkotikə bükümlərini udan şəxs xəstəxanada ÖLDÜ

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət təqibindən yayınmaq üçün kuryoz addım atıb.

NOCOMMENT.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Allahverdi Rəsulov üzərində olan narkotik bükümlərini udaraq sübutları gizlətməyə cəhd edib.

31 yaşlı şəxs halı pisləşdiyi üçün xəstəxanaya çatdırılıb. Zəhərlənən şübhəli göstərilən tibbi müdaxilələrə baxmayaraq, iyunun 20-də ölüb.

Qeyd edək ki, A.Rəsulov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunubmuş və narkotik aludəçisi imiş.

Faktla bağlı araşdırma aparılır.

Избранный
8
19
nocomment.az

10Источники