İsrail ordusu Hizbullahın atəş qüvvələrinin komandirini öldürdüyünü iddia edir.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, açıqlamada Məhəmməd əl-Hüseyninin bölgəyə aviazərbələr nəticəsində öldürüldüyü bildirilib.
Qeyd olunub ki, qruplaşma vaxtilə İsrailin Hayfa və digər şəhərlərinə hücumlar təşkil edib. Son illərdə isə onların əsas məqsədi "Hizbullah"a artilleriya dəstəyinin verilməsindən ibarət olub.
O, Nahariya, Hayfa və digər şəhərlərə doğru çoxsaylı atəş xətlərinə rəhbərlik edib.
Milli.Az