AZ

İsrail daha bir Hizbullah komandirini öldürüb

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın Livanın cənubundakı Şabriya rayonundakı Litani bölgəsində dislokasiya olunan qruplaşmasının rəhbərini məhv etdiyini açıqlayıb.

Korrespondent.az xəbər verir ki, açıqlamada Məhəmməd əl-Hüseyninin bölgəyə aviazərbələr nəticəsində öldürüldüyü bildirilib.

Qeyd olunub ki, qruplaşma vaxtilə İsrailin Hayfa və digər şəhərlərinə hücumlar təşkil edib. Son illərdə isə onların əsas məqsədi “Hizbullah”a artilleriya dəstəyinin verilməsindən ibarət olub:

“Onların fəaliyyəti İsrail və Livan arasındakı razılaşmalarla ziddiyyət təşkil edib. Bildiririk ki, İsrailə yönələcək istənilən təhdidlərin qarşısı ordumuz tərəfindən qətiyyətlə alınacaq”.

Seçilən
0
10
korrespondent.az

10Mənbələr