UFC Baku Fight Night yarışının fəxri qonaqları "Qarabağ" klubunun bazasında olublar.
Offsideplus.az xəbər verir ki, Ağdam komandasını yüngül çəkidə UFC-nin sabiq çempionu, keçirdiyi bütün görüşlərdə qalib gələn, Həbib Nurməhəmmədov, bu çəkidə hazırkı çempion İslam Maxaçov, eyni kateqoriyada "Bellator"un məğlubedilməz çempionu Usman Nurməhəmmədov və Umar Nurməhəmmədov ziyarət ediblər.
Qonaqları "Qarabağ"ın baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov qarşılayıblar.
Görüş zamanı UFC-nin ulduzları ilə həm MMA, həm futbol barədə fikir mübadilələri aparılıb.
Döyüşçülər "Qarabağ"ın bazası ilə tanış olub, fitnes zaldakı hazırlıq prosesini izləyiblər. Onlar futbolçularla da görüşərək biri-birinə uğurlar arzulayıblar.
Qonaqlara "Qarabağ"ın formaları və hədiyyələr təqdim olunub, xatirə fotoları çəkilib.