ain.az bildirir, Operativ MM portalına istinadən.
Türkiyənin İzmir şəhərinin Kınık rayonunda meşə yanğınları baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi üçün havadan və qurudan müdaxiləyə başlanılıb.
Yerli vaxtla 13:30-da baş verən yanğının baş vermə səbəbi hələlik bəlli deyil.
Bölgəyə İzmir Meşə Regional Müdirliyinə aid 5 təyyarə, 7 helikopter, 28 su maşını, 10 su təchizatı maşını və 3 dozer göndərilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.