RU

Bahar Muradova Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 iyun, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Sabirabad rayonunda vətəndaşlarla görüşüb.

Dövlət komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Sabirabad, Saatlı və İmişli rayon sakinlərinin müraciətləri dinlənilib.

Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında hüquqi yardım, uşaqların müalicəsi, işlə təmin olunma, sosial dəstəyin göstərilməsi və digər məsələlər yer alıb.

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
3
azertag.az

4Источники