RU

Əməkhaqqı və təqaüd alanlara girovsuz avans krediti imkanı

Azərbaycan Beynəlxalq Bankı (ABB) əməkhaqqı və ya təqaüd alan müştərilərə “Avans kredit xətti” xidmətini təqdim edir.

Finss.az xəbər verir ki, bu xidmət çərçivəsində müştərilər maaşlarını gözləmədən təcili xərclərini qarşılamaq üçün 1000 manatadək avans götürə bilərlər. İllik faiz dərəcəsi 0% olan avans kredit xətti girovsuz və zaminsiz təklif olunur.

Müştərilər avans məbləğinin 5%-i, ən azı 2 manat komissiya ödəməklə istifadə edə və 40 günədək güzəşt müddətində geri qaytara bilərlər. Güzəşt müddətinin bitməsindən sonra hər ay əsas borcun 5%-i, minimum 2 manat komissiya tətbiq edilir. Avans kredit xəttindən ABB-nin emissiya etdiyi ödəniş kartları vasitəsilə əməkhaqqı və ya pensiya alan 20-70 yaş arası şəxslər yararlana bilər.

Kredit ABB Mobile tətbiqi vasitəsilə əldə edilir, ödəniş isə tətbiqdə, əməkhaqqıdan avtomatik tutulma və ya ABB terminallarında həyata keçirilir. ABB müştərilərə maliyyə ehtiyaclarını tez və rahat şəkildə qarşılamağa imkan yaradır.

Ətraflı məlumat üçün: //abb-bank.az/az/avans-kredit-xetti

Fuad Mədətov
Finss.az

Избранный
15
fins.az

1Источники